Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
- 1639 — ABŞ-da Kembric kolleci Harvard adlandırılmışdır.
- 1781 — İngilis Astronomu Uilyam Herşel öz əli ilə düzəltdiyi teleskop vasitəsilə Günəş sisteminin yeddinci planetini- Uranı kəşf etdi.
- 1869 — Rus kimyaçısı Dmitriy Mendeleyev Dövrü sistemin qrulaşdırılmasını tamamladı.
- 1887 — Çester Qrinvud qulaqlıqları patentləşdirdi.
- 1917 — Petroqradda "Petroqrad İşçi və Əsgər Deputatlarının Şurasının Xəbərləri", ("Известия Петроградского Совета рабочих и солдатских депутатов») indiki "Xəbərlər" qəzetinin ilk nömrəsi işıq üzü gördü.
- 1921 — Monqolustan (öncə Xarici Monqolustan) Çindən öz müsətqilliyini elan etdi.
- 1930 — SSRİ-də Moskva İş Birjası bağlandı. Sovetlər işsizliyi tam aradan qaldırmış ilk ölkə oldu.
- 1930 — Amerikalı astronom Klod Tombo Günəş sisteminin doqquzuncu planetini kəşf etdiyini elan etdi. Sonradan (mayda) bu planet Pluton adını aldı (Pluton hal-hazırda planet sayılmır).
- 1938 — Avstriya sülh yolu ilə Nasist Almaniyasına qoşuldu (Anşlyus).
- 1954 — SSRİ Dövlət Təklükəsizliyi Komitəsi (КГБ) yaradıldı
- 1954 — Hindçin müharibəsi: Den Byen fu döyüşü ilə başladı.
- 1967 — Konqoda dövlətə xəyanətdə günahladırılan separatçıların əvvəlki lideri Moiz Çombe qiyabi olaraq ölümə məhkum edilmişdir.
- 1979 — Avropa Valyuta sistemi işə salındı.