Alim Qasımov
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Alim Qasımov 1957-ci ildə anadan olub. Valideyinləri onun musiqiyə və xususilə muğama qarşı olan istedadını uşaqlıqdan biliblər, ancaq ona musiqi təhsili verməyə imkanları yox idi. Əllərindən bir tək şey gəlmişdi, dəf düzəltmək üçün, atası bir keçi kəsmişdi. Bu dəf, Alimin birinci musiqi alətiydi və bununla birlikdə o, gözəl və hamıdan fərqlənən səsə sahib idi.
Daha sonra o, Bakıda muğam məktəbinin ən tanınmış və istedadlı müəllimlərindən dərs almışdı. 25 yaşında Alim, həyatında birinci muğam müsabiqəsində müvəffəqiyət qazanmışdır. O vaxtlarda o, muğam sənətinin, xüsusilə də “tarab” janrının araşdırmalarıyla məşqul olurdu.
1989-cu ildən Alim Qasımov Mənsurov qardaşlarıyla çıxış eləməyə başlamış, tarzən Мəlik və kamança çalan Elşən ilə. Arada Alim Qasımov özü də dəf çalır.
Son zamanlarda cəmi doqquz albomu çıxardan Alim Qasımov hər bir musiqi sənətkarının nail olmağa çalışdığı mükafata layiq görülmüşdür. Məs 1999-cu ildə o, Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını almışdır.
Muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, İran və ABŞ kimi ölkələrdə konsertlərlə çıxış edən sənətçi, bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq, Azərbaycan mədəniyyətinin dünyaya yayılması üçün böyük bir rol oynayır.