Avropa Ədalət Divanı və Bidayət Məhkəməsi
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Ədalət Divanı 15 hakim və onlara kömək edən doqquz qanun keçikçisindən ibarət olur. Bununla yanaşı 1989-cu ildə 15 hakimdən ibarət olan bir Bidayət Məhkəməsi də qurulmuşdur. Bu məhkəmələrin üzvləri Lüksemburqda işləyir və üzv Dövlətlərin yekdil səsverməsi ilə altı illik bir müddətə təyin olunurlar. Hakimlərin müstəqilliyinə təminat verilir. Divanın vəzifəsi Avropa Anlaşmalarının hüquqa uyğun bir formada şərh edilməsi və tətbiq edilməsinin təmin olunmasıdır. Divan hər hansısa bir Üzv Dövlətin Anlaşmalarda nəzərə çatdırılan hər hansı bir mükəlləfiyyəti yerinə yetirmədiyinə qərar verə bilər. Üzv Dövlət bu qərarın şərtini yerinə yetirməzsə Divan pul cəzasını qərarlaşdıra bilər. Divan qurumların gördüyü tədbirlərin təxirə salınması üçün açılan məhkəmə işlərində bu tədbirlərin qanuniliyini araşdıra biləcəyi kimi, bəzi tədbirlərin görülməməsinin Anlaşma şərtlərinə zidd olduğuna da qərar verə bilər. Bidayət Məhkəməsi ayrı-ayrı şəxslər və idarələr tərəfindən açılmış məhkəmə işlərinə baxır. Hüquq məsələləriylə bağlı müraciətlər haqqında sadəcə Avropa Ədalət Divanı qərar verə bilər. 1952-1994-cü illər arasında Divana 8600-dən çox qovluq gəlib, bunlardan 2900-ü əlavə qərar üçün müraciətlərdir. Ədalət Divanı hər vəziyyətdə eyni formada tətbiq olunan bir Birlik hüququnun yaradılmasına yardımçı olmuş və bu yolla Avropanın bütünləşmə müddətini sürətləndirmişdir.
بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین