Aygün Ələsgər qızı Kazımova
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Aygün Ələsgər qızı Kazımova (d. 26 Yanvar 1971, Bakı) Azərbaycanın məşhur müğənnisi, bəstəkarı, pop musiqiçisi və aktrisasıdır. Azərbaycan Respublikasının əməkdar artistidir.
[redaktə / تحریر] Sənəti
Aygün Kazımova Azərbaycan pop musiqisi tarixində ən parlaq ulduzlardan biridir. Digər qadın müğənnilərlə müqayisə etdikdə onun albomları ölkədə ən böyük miqdarda satılır. Onun karyerası 1988-ci ildə "Bakı payızı-88" festivalında qalib gəlməsindən başladı. Bu günəcən Kazımovanın 4 albomu buraxılıb.
Aygün Kazımova Azərbaycandan kənar konsertlər də verir. Onlardan ən məşhuru 2006-da Moskvada Dövlət Kreml sarayında təşkil olunan konsertdir. Bundan savayı, Kazımova Azərbaycanda yetim uşaqlar üçün xeyriyyə konsertləri də təşkil edir.
2005-də Aygün Kazımova rejissor Arif Qaziyevin "Xarı bülbüllər" musiqili filmin baş rolunda çəkilib. Kazımovanın televiziya aparıcısı karyerası o qədər də müvəffəqiyyətli deyildi.
Hal hazırda Aygün Kazımova "Best Model of Azerbaijan" müsabiqəsinin rəhbəridir.
Burda istediyini redakte ede bilersen ona gorede men burda yazilanlara inanmiram
[redaktə / تحریر] Albomları
[redaktə / تحریر] Xarici keçidlər
- Aygün Kazımova şəxsi səhifəsi
- mp3-lər Mp3-az.com saytında
- Şekilleri