Azərbaycanda reklam bazarı
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Hazırda Azərbaycanın reklam bazarının həcmi 100 milyon dolları keçib. Bu sahədə fəaliyyət göstərən şirkətlərin sayı 100 ətrafındadır. Onların əksəriyyəti çap xarakterli reklam xidmətləri təklif edirlər. Reklam filmlərini isə bir-iki şirkət istisna olmaqla bir qayda olaraq Production Studio`lar çəkir. Sırf yaradıcı (kreativ) fəaliyyətlə məşğul olan reklam şirkətləri də barmaqla sayıla biləcək qədər azdır.