Cəfər Cabbarlı
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Cəfər Cabbarlı |
---|
Doğumu |
1899 |
Vəfatı |
1934 |
Cəfər Cabbarlı (1899-1934) Azərbaycan dramaturqu, şairi və nasiri. İncəsənət, ədəbiyyat, teatr və kino sənətində böyük xidmətləri olmuşdur.
[redaktə / تحریر] Əsərləri
- Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş (1915)
- Solğun çiçəklər (1917
- Oqtay Eloğlu (1922)
- Od gəlini(1928)
- Gülzar (1924)
- Dilarə (1924)
- Dilbər(1927)
- Sevil (1928, tamaşası)
- Almaz (1931, tamaşası)
- Yaşar (1932, tamaşası)
- Dönüş (1932)
[redaktə / تحریر] Şeirindən nümunə
TELLƏR OYNADI
Bir mən idim, bir sən idin, bir də yamaclar,
Meşə yolu, yarpaq dolu yaşıl ağaclar.
Onda ki, ağ umuzlara töküldü saçlar,
Əsdi yarpaq, coşdu irmaq, güllər oynadı,
Ürəyimdə kaman kimi tellər oynadı.
Bir biz idik, bir düz idi, bir də al boya,
Dağ başında uçan quşlar endilər çaya.
Sən dedin ki: "Bütün dünya qoy dönsün toya!"
Çaldı qaval, uzaq kənddə ellər oynadı,
Ürəyimdə kaman kimi tellər oynadı.