Dəvəçi
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Dəvəçi, Azərbaycanın rayonlarından biridir.
Dəvəçi rayonu 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv olunub ərazisi Abşeron rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Məşhur Qalaaltı kurortu Dəvəçi rayonunun ərazisindədir.
İri yaşayış məntəqələri - Dəvəçi və Siyəzən şəhərləri, Gəndov, Baş Əmirxanlı, Çuxurazaşı, Düz Bilici kəndləridir. Rayonda 2 şəhər, 1 fəhlə qəsəbəsi, 103 kənd vardır.
Yerli Media - "Qurucu" qəzeti.
Mündəricat |
[redaktə / تحریر] İqtisadiyyat
Sənayesində neftçıxarma mühüm yer tutur. Burada qaz e'malı müəssisəsi, xalça fabriki, şərab e'malı müəssisələri vardır. Kənd təsərrüfatının əsas sahəsi tərəvəzçilik, meyvəçilik, üzümçülük, taxılçılıq və heyvandarlıqdır.Hal hazırda rayonda 2 iri müəssisə fəaliyyət göstərir."Dəvəçi Broyler" Quşçuluq fabriki və Taxıl Kombinatı.Bakı Rostov magistiral yolu və Bakı Rostov dəmir yolu da rayonun iqtisadiyyatının inkişafında mühüm yer tutur.
[redaktə / تحریر] Mədəniyyət, Təhsil və Səhiyyə Müəssisələri
Rayonda 11 məktəbəqədər uşaq müəssisəsi, 69 ümumtəhsil məktəbi, ölkəşünaslıq muzeyi, 55 kitabxana, mədəniyyət evi, 41 klub var.
[redaktə / تحریر] Memarlıq Abidələri
Rayonda qədim me'marlıq abidələrindən Sədan kəndi yaxınlığında Qara-Dundur istehkamı (XIV əsr), Çarxan kəndində Çıraqqala, Siyəzəndə X türbəsi (XVIII əsr) mühafizə olunur.Gilgilçay səddi, Qədim Şabran şəhəridə burada yerləşir.
[redaktə / تحریر] İdman
Dəvəçidə idman da özünə məxsus inkişaf edir. Rayonda Boks, Karate, Sambo, Cyudo bölmələri fəaliyyət göstərir. Dünya və Avropa çempionu Müşviq Cəfərov, Avropa çemp. Müqəddəs Cəfərov,(Sambo) Azərbaycan çemp. Rövşən Fərzəliyev,Ömər İlyasov, Taleh Həbibov (Karate),Rövşən Günəşov (Boks) yetişib.
[redaktə / تحریر] Mənbələr
Azərbaycanın rayon və şəhərləri | |
---|---|
Rayonlar: Abşeron | Ağdam | Ağdaş | Ağcabədi | Ağstafa | Ağsu | Astara | Babək* | Balakən | Bərdə | Beyləqan | Biləsuvar | Daşkəsən | Dəvəçi | Füzuli | Gədəbəy | Goranboy | Göyçay | Hacıqabul | İmişli | İsmayıllı | Cəbrayıl | Cəlilabad | Culfa* | Kəlbəcər | Kəngərli* | Xaçmaz | Xanlar | Xızı | Xocalı | Xocavənd | Kürdəmir | Laçın | Lənkəran | Lerik | Masallı | Neftçala | Oğuz | Ordubad* | Qəbələ | Qax | Qazax | Qobustan | Quba | Qubadlı | Qusar | Saatlı | Sabirabad | Sədərək* | Salyan | Samux | Şahbuz* | Şəki | Şamaxı | Şəmkir | Şərur* | Şuşa | Siyəzən | Tərtər | Tovuz | Ucar | Yardımlı | Yevlax | Zəngilan | Zaqatala | Zərdab Şəhərlər: Əli Bayramlı | Bakı | Gəncə | Xankəndi | Lənkəran | Mingəçevir | Naftalan | Naxçıvan* | Şəki | Sumqayıt | Şuşa | Yevlax Ulduz şəkilli mətbəə nişanı olan (*) Naxçıvan Muxtar Respublikası |