Entoni Staford Bir
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Entoni Staford Bir (Anthony Stafford Beer) (25 Sentyabr 1926 - 23 Avqust 2002) Kibernetika elminin sahəsi olan "Əməliyyatların Təhqiqatı" üzrə Britaniyalı alimdir.
Staford Bir Londonda anadan olmuş, ilkin olaraq London Kollec Universitetinin fəlsəfə fakültəsinə baş vurmuş, lakin 1944-cü ildə orduya yazılmışdır. 1949-cu ildə kapitan rütbəsində demobilizasiya edilmişdir.
Orduda qulluq edərkən "Əməliyyatların Təhqiqatı" ilə tanış olmuş və bunun elmi idarəçiliyə xeyir verəcək potensialını tanımışdır. Ordudan sonra "United Steel" şirkətinə işə alındı və "Əməliyyatların Təhqiqatı və Kibernetika Departamentin" açılmasına nail oldu, həmçinin departamentin rəhbəri vəzifəsində çalışmışdı.
1959-cu ildə Kibernetika və İdarəçilik (Cybernetics and Management) adlı birinci kitabı nəşr olundu. Kitabda Norbert Viner, Uoren MakKalou və xüsusən Uilyam Ros Eşbinin ideyalarının idarəçilikdə istifadə edilməsi təklif edilmişdi.
1961-ci ildə "United Steel" şirkətindən çıxaraq Staford Bir Rojer Edisonla (Roger Eddison) birlikdə SIGMA ("Science in General Management", "Ümumi İdarəçilikdə Elm") adlı məsləhətçi şirkəti yaradır. 1966-cı ildə Bir SIGMA-dan çıxaraq SIGMA-nın müştərisi olan International Publishing Corporation (IPC) şirkətinə qoşulur. Burda Bir IPC inkişaf departamentinin direktoru təyin edilir və yeni kompyuter texnologiyaların tətbiq olunmasına nail olur. Eyni ildə Qərar və Nəzarət (Decision and Control) adlı kitab nəşr edilir. 1970-ci ildə Staford Bir IPC şirkətini tərk edərək müstəqil məsləhətçi kimi fəaliyyətə başlayır və sosial sistemlərin tədqiqatına daha çox vaxt ayırır.
Staford Birin ən boyük layihəsi heç vaxt başa çatdırılmamışdı. 1970-ci ildə Birə Salvador Alyendenin (Salvador Allende) sosialist hökuməti tərəfindən iş təklif edilmişdi. Bir Çilinin (Chile) iqtisadiyatının real-vaxtda idarə edilməsi üzrə kompyuterləşdirilmiş sistemin (Kibersin, Cybersyn) qurulmasına cavabdeh idi. Ölkənin bir sıra sənaye və xidmətlətini birləşdirən bu sistemin ilkin variantı qurulmuş və bir sıra müsbət nəticələr göstərmişdir.
Lakin 1973-cü ildə baş verən dövlət çevrilişi (general Avqusto Pinoçet) layihənin məhv olunması ilə nəticələnir. Bir Cənubi Amerikada çalışmağa davam edir, o cümlədən Meksika, Uruqvay və Venesuelada. Bu zaman Bir öz Həyati Sistem Modelinə (Viable System Model) əsaslanan 4 kitab yazır: Dəyişiklər üçün platforma (Platform for Change), Azadlığı layihələşdirmə (Designing Freedom), Müəssisənin ürəyi (Heart of Enterprise) və Şirkətin beyni (The Brain Of The Firm).
1970-ci illərin ortalarında Bir Uelsə daşınır və çox sadə hayat tərzi sürür, şairlik və incəsənətə maraq göstərir. 1980-cı illərdə qərbi Torontoda ikinci ev alır və ilin bir hissəsini burda, bir hissəsini Uelsdə keçirir. Öz sahəsi üzrə aktiv təhqiqatlar aparır və 1994-cü ildə Beyond Dispute: The Invention of Team Syntegrity kitabını nəşr edir.
Bir 30 yaxın universitetdə mühazirə oxuyur və Lids Universitetinin (University of Leeds), Sanderland Universitetinin (University of Sunderland) və Valadolid Universitetinin (University of Valladolid) fəxri doktoru seçilir. Sistemlər və Kibernetika üzrə Dünya Təşkilatının (World Organization of Systems and Cybernetics) prezidenti çalişmiş, Mühəndis Elmləri üzrə İsveçrənin Kral Akademiyası(Royal Swedish Academy for Engineering Sciences), Birləşmiş Kralliğın Sistemlər Cəmiyyəti (United Kingdom Systems Society), Kibernetika Cəmiyyəti (Cybernetics Society), Amerikanın Kibernetika Cəmiyyəti (American Society for Cybernetics) və Amerikanın Əməliyyatların Təhqiqatı üzrə Cəmiyyəti (Operations Research Society of America) tərəfindən mükafatlandırılmışdır.
Kibernetika Cəmiyyətindəki "Kibernetikanın 40 ili" adlı çıxışı (audio fayl) cəmiyyətin internet saytında vardır.
İki dəfə evli olmuş (1947-ci ildə Sintiya Hanauey (Cynthia Hannaway) və 1968ci ildə Salı Stedmen (Sallie Steadman) ilə. Dr Alena Leonard Staford Birin həyatının son iyirmi ili ərzində yaxın şəriki olmuşdu.
Birin 5 oğlu və 3 qızı var.
[redaktə / تحریر] Xarici Keçidlər
- Designing Freedom, Regulating a Nation: Socialist Cybernetics in Allende’s Chile
- Official Stafford Beer web site
- Commemorative web site about Stafford Beer
- Cybernetics Society Memorial
- Stafford Beer Biography from Vanilla Beer
- The Metaphorum Group - Developing Stafford Beer's Legacy in Management Cybernetics
- Introduction to the Viable Systems Model and use in Cooperatives
- Web site of the cybersyn project