Hacı Qara (1929)
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
FİLMİN ÜZƏRİNDƏ İŞLƏYƏNLƏR :
Quruluşçu Rejissor : Abbas Mirzə Şərifzadə
Ssenari Müəllifi : Cəfər Cabbarlı
Quruluşçu Operator : İvan Tartakovski
Quruluşçu Rəssam (memar) : A. S. Qonçarski
Bədii Rəhbər : Vsevolod Pudovkin
Rejissor Köməkçisi : Ağarza Quliyev
Montaj Edən : Abbas Mirzə Şərifzadə
ROLLARDA :
Mirzəağa Əliyev-Hacı Qara
Mustafa Mərdanov-Kərəməli
K. Vyaznova-Sona
Ağasadıq Gəraybəyli-Əsgər Bəy
M. Ə. Qayıbov-Heydər
Sidqi Ruhulla-Əlyar Bəy
Mərziyyə Davudova-Tükəz
Y. Hacıqasımov-Səfərəli
Hacıağa Abbasov-Bayraməli Bəy (Sonanın atası)
Əzizə Məmmədova-Gülsüm (Bayraməli bəyin arvadı)
Rüstəm Kazımov
N. Həsənov
A. Mirzəyev
Əli Qurbanov-Aşıq
JANR :
Kinokomediya
İLK BAXIŞ TARİXİ :
9 Mart, 1929
FİLMİN DİGƏR ADI :
Sona
DİL :
Səssiz
ÖLKƏ :
Azərbaycan
İSTEHSALÇI KOMPANİYA :
Azdövlətkino
RƏNG :
Ağ-Qara
VAXT :
65 dəq.
MƏZMUN :
Filmdə Azərbaycan bəylərinin, tacirlərinin, kəndlilərinin həyatı öz əksini tapmışdır.
ƏLAVƏLƏR :
- Film Azərbaycan dramaturgiyasının banisi M. F. Axundovun
eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir.
- Kinolentin mövzu və süjeti bir qədər genişləndirilmiş, dramaturqun başqa əsərlərindən istifadə edilərək, əlavə obrazlar salınmış, habelə milli adət və ənənələrdən istifadə edilmişdir.
- Bu film kinodramaturq kimi Cəfər Cabbarlının kinoda ilk işidir. Yəni Cəfər Cabbarlı Azərbaycanın ilk milli kinodramaturqudur.
- Film Əzizə Məmmədovanın (aktrisa) kinoda ilk işidir.
- Film Əli Qurbanovun (aktyor) kinoda ilk işidir.
TEXNİKİ MƏLUMATLAR :
6 hissə
1780 m