İrəvan xanlığı
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
İrəvan xanlığı-XVIII əsrin ortlarında Mir Mehdi xan tərəfindən yaradılmışdır. İrəvan xanlığı Naxçıvan, Maku xanlığı ilə, Osmanlı imperiyası, Kartli-Kaxetiya çarlığı, Borçalı, Qazax sultanlıqları və Qarabağ xanlığı il həmsərhəd idi. Xanlığın mərkəzi İrəvan şəhəri idi. Mənbələrə görə İrəvan şəhərinin əsasını Səfəvi sərkərdəsi Rəvanqulu xan qoymuşdur. Yarandığı ilk illərdə gücülərin qarətçi yürüşlərinə məruz qalan xanlığın sonralar digər xanlıqlarla münasibətləri möhkəmləndirib, gürcülərin hücumlarında özünü sığortaladı. Sonralar gürcülərin əli ilə iki dəfə hakimiyyət çevrilişi edən Rusiya ermənilərlə bağlı planlarını Türkiyə ilə başlamış müharibəyə görə təxirə saldı. 1780-ci illərdə xanlıq Xoy, Avar, Qarabağ xanlığının hücumlarına məruz qalmışdır. Ağa Məhəmməd şah Qacar Simal xanlıqlarına hücum edərkən İrəvan xanlığını da işğal etmişdir. Lakin xanlıq 1797-ci ildə yenidən müstəqillik qazandı. Bu dəfə də Rusiyanın hücumu İrəvan xanlığının müstəqilliyin sual altına aldı. Lakin Türkiyə ilə müharibənin yenidən başlaması Çar imperiyasınını işğal etdiyi torpaqlarla qane olub İranla Gülüstan sülh müqaviləsini bağlamağa məcbur etdi. II Rusiya- İran müharibəsi zamanı 1827-ci il oktyabrın 1-də İrəvan xanlığı ruslar tərəfindən işğal edildi.
[redaktə / تحریر] Çar rusiyasının Azərbaycanda keçirtdiyi etnik təmizləmə siyasəti
Rusiya-İran müharibəsinin II hissəsinin qurtarmasını bildirən Türkmənçay sülh müqaviləsi 1828-ci il 10 fevralda imzalanmışdır. Bu müqavilənin XV bəndinə əsasən əhalinin İrandan Cənubi Qafqaza hərəkətinə icazə verildi. Nəticədə Osmanlı imperiyasında və İranda məskunlaşmış ermənilər Cənubi Qafqaza köçürüldü. İlk vaxtlar erməni ailələri əsasən Qarabağa, Şəkiyə, Naxçıvana, İrəvana, Göyçəyə və Şamaxıya köçürüldü. Təkcə 1828-ci ilin sonunda Bərdədə mindən çox erməni ailəsi məskunlaşdırılmışdır. Q. D. Lazarev, İ. F. Paskeviç və s. rus generalları ermənilər daha çox İrəvan ərazisinə köçürtməyə çalışırdılar. Bu da təsadüfi deyil Osmanlı imperiyası, Gürcü xanlıqları, İranla isə Naxçıvan vasitəsi ilə qonşu olan İrəvan xanlığının ərazisi hər üç dövlətə təzyiq etmək üçün çox gözəl ərazi idi. Buna görə də ermənilər sonradan buraya köçürülməyə başladı. Buna görə də köçürmə siyasəti üçün erməni mənşəli Bebudovun başçılığı ilə xüsusi komitə təşkil edildi. 1828-ci ilin fevralından mayına qədər 948 erməni ailəsi İrəvana köçürülmüşdür. Sonralar isə Naxçıvan və İrəvan xanlıqlarının ərazisində "Erməni vilayəti" yaradıldı.