Müstəqil Dövlətlər Birliyi
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین
Müstəqil Dövlətlər Birliyi (MDB) (Rusca:Содружество Независимых Государств(СНГ), İngiliscə: Commonwealth of Independent States(CİS), Türkçə: Bağımsız Devletler Topluluğu(BDT))
İlkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belorusiya tərəfindən qurulmuşdur. MDB-nin qurulması haqqında ilkin razılıq 1991-ci il 8 dekabrda qəbul edilmişdir. Bu dövlətlər SSRİ-nin dağılmasının (SSRİ faktiki olaraq 25 dekabr 1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil etdilər. Həmçinin MDB SSRİ-nin "mədəni dağılmasını", onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi.
Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər.
Azərbaycanda Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu.
Gürcüstan 1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edildi.
Türkmənistan 2005-ci ildən MDB-də müşhaidəçi kimi fəaliyyət göstərir.
MDB-yə daxil olmuş dövlətlərin əhalisinin sayı 2006-cı ildə 280 mln. insana bərabər olmuşdur.
[redaktə / تحریر] Xarici keçidlər
MDB İcraiyyə Komitəsi - Исполнительный комитет СНГ (Главная)
Müstəqil Dövlətlər Birliyi | |
Azərbaycan | Belarusiya | Ermənistan | Gürcüstan | Qazaxıstan | Qırğızıstan | Moldova | Özbəkistan | Rusiya | Tacikistan | Ukrayna | |
Müşahidəçilər: Türkmənistan |