Polad Murtuza oğlu Məmmədov
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین
Polad Bülbüloğlu 1945-ci ildə Bakıda anadan olmuşdur. Özünə soyad kimi atasının ləqəbini- Bülbül götürmüşdür.
Azərbaycanlı bəstəkar. Uzun müddət Azərbaycan Respublikasının Mədəniyyət naziri kimi fəaliyyət göstərmişdir. Hal-hazırda Rusiya Federasiyasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiridir.
1973-cü ildən Əməkdar İncəsənət xadimidir. 1982-ci ildə Azәrbaycan SSR xalq artisti adına layiq görülmüşdür.
1989-cu ildәn Azərbaycan Respublikasının Mədəniyyət naziri, 1994-cü ildәn Türksoyun sәdri. 2006-cı ildən etibarən Mədəniyyət Naziri kimi fəaliyyətini dayandırmış və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri kimi fəaliyyət göstərir.
Bülbülün oğludur. ADK-nı bitirmişdir (1968, Q. Qarayevin sinfini). Polad geniş yayılmış bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınmışdır. Kino-filmlәrә, dram tamaşalarına musiqinin, simfoniya, simfonik poema vә s. әsәrlәrin müәllifidir.
[redaktə / تحریر] Filmləri
Aşağıdakı filmlərə mahnı bəstələmiş və bu filmlərin bəzilərində müxtəlif obrazlar yaratmışdır:
- "İstintaq davam edir"
- "Uşaqlığın son gecəsi"
- "Vacib müsahibə"
- "Oxuyur Müslüm Maqomayev"
- "Var olun qızlar"
- "Səmt küləyi"
- "Ürək..,ürək"
- "Babək"
- "Mən mahnı bəstələyirəm"
- "Qorxma mən səninləyəm"
- "Yol əhvalatı"
- "İşgüzar səfər"