Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
- Sərdar Cəlal oğlu Məmmədov -03 iyun 1954-cü ildə Naxçıvan Muxtar Respublikası Babək rayon Cəhri kəndində, müəllim ailəsində anadan olub;
- 1970-1977-ci illərdə Azərbaycan Tibb Universitetində ali tibb təhsili alıb;
- 1988-1990-cı illərdə Naxçıvan Xalq Cəbhəsinin təsisçilərindən biri və İdarə Heyətinin üzvü olub;
- 26 yanvar 1991-ci ildə yaradılan Azərbaycan Demokrat Partiyasının təsisçilərindən biri və ilk sədri olub;
- 2005-ci ildən Azərbaycan Demokrat Partiyası(ADP) sədrinin I müavinidir;
- "Hürriyyət" və "Haray" qəzetlərinin, "Oyanış" dərgisinin təsisçisi olub;
- Fəlsəfəyə, qlobalizasiyaya və tibbi etnoqrafiyaya aid monoqrafiyaların və yüzlərlə elmi-fəlsəfi məqalənin müəllifidir;
- Siyasi fəaliyyətinə görə, 3 dəfə qısa müddətli həbs olunub. Sonuncu dəfə 2003-cü il prezident seçkilərindən sonra qeyri-qanuni olaraq 4 il 6 ay müddətinə həbs edilib və Avropa Şurası tərəfindən siyasi məhbus kimi tanınaraq azadlığa buraxılıb, 1999-cu ildə hakimiyyət qüvvələrinin sifarişi ilə həyatına qəsd olunub, nəticədə ağır kəllə-beyin travması alıb;
- Bir neçə kitabın müəllifidir, "İlahi siyasət" adlı 3 ciliddən ibarət yeni elmi-fəlsəfi əsəri çapa hazırlanmışdır;
- Evlidir. Üç oğlu bir qızı var.
- „Mahiyyət“ - siyasi-fəlsəfi əsər
- „Azadliğa məhkumuq“ - siyasi-fəlsəfi əsər
- „İnsanlar və adamlar“ – aforizimlər
- „Türkəçarə“ - tibbi əsər
- "İlahi siyasət" – siyasi-fəlsəfi əsər