Sərdar Fərəculla oğlu Fərəcov
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Fərəcov Sərdar Fərəculla oğlu, bəstəkar
Bəstəkar, 1957-ci il dekabrın 8-də anadan olub. 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) prof. Xəyyam Mirzəzadənin sinfində bitirmişdir. Hal-hazırda Üzeyir Hacıbəyovun ev-muzeyində direktor vəzifəsində çalışır. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ərazisində müxtəlif ansambllar və ifaçılar tərəfindən ifa edilmişdir.
[redaktə / تحریر] Əsərləri
- Simfonik süita (1990);
- Balet süitası (1991);
- Orqan üçün "Qəsidə" /Nizaminin xatirəsinə/ (1991);
- Simli kvartet üçün 3 Pyes (1991);
- M.Füzulinin söz. səs və simfonik orkestr üçün "Cəfadan qeyri" qəzəl-poeması (1994);
- Simli orkestr üçün Süita (1995);
- Kiçik simfonik orkestr üçün "Yumoreska" (1995);
- Kamera orkestri üçün "Oxunmamış lay-lay" Poeması (1995);
- T.Taisoğlunun söz. səs, xor və simfonik orkestr üçün "Böyük vətəndaş haqqında" Oda (1996);
- "Müsyö Jordan və dərviş" Operettası /libretto müəllifindir/ (1998);
- S.Şahbəylinin söz. xor və estrada-simfonik orkestri üçün "Teatr himni" /Milli teatrın 125 illiyinə həsr olunub/ (1998);
- "Dədə Qorqud" Oratoriyası (1999);
- A' capella xoru və klarnet üçün Triptix /V.Səmədoğlunun 60 illiyinə həsr olunub/ (1999);
- "Səhnədə məhəbbət" Operettası /libretto - Ə.Əmirli/ (2000);
- "Matəm harayları" simfonik lövhəsi (2000);
- Uşaqlar üçün "Şəngülüm, Məngülüm" Rok - operası /M.Müşfiqin nağılı əsasında/ (2000);
- "Bankir adaxlı" Musiqili komediyası /libretto - T.Vəliyeva/ (2000);
- Skripka və piano üçün Pyeslər (2001).
[redaktə / تحریر] Teatr tamaşalarına musiqi
- "Onun iki qabırğası var" /müəllif - Ə.Əmirli/ ,
- "Sənsiz yaşaya bilmərəm" /müəllif - M.Haqverdiyev/ (1996);
- "Yeddi məhbusə" /müəllif - Ə.Əmirli/,
- "Sevirəm səni, Türkiyə" /müəllif - K.Abdulla/ (1997);
- "İtkin ər" /müəllif - Ə.Əmirli/,
- "Yaxşı padşahın nağılı" /müəllif - Anar/,
- "Molyer" /müəllif - M.Bulqakov/ (1998);
- "Səhra yuxuları" /müəllif - Anar/,
- "Şübhəli əhvalat" /müəllif - Qabil/,
- "Anamın gəlinlik paltarı" /müəllif - Ə.Qasımov/,
- "Yekəburun Cırtdan" /müəllif - V.Qauf/ (2001).
- S.Vurğun, R.Rza, T.Taisoğlu, K.Abdulla, Q.P.Elsevər və b. şairlərin söz. mahnı və romanslar(1990 - 2001).
[redaktə / تحریر] Məqalələr
- Bir daha himn haqqında. "Mədəniyyət" qəzeti, 07.03.1991;
- Ü.Hacıbəyovun unudulmuş "Bahar nəğməsi". "Mədəniyyət", 21.03.1991;
- "Ü.Hacıbəyov Ensiklopediyası"nda 25 məqalə. B., "Azərbaycan", 1996;
- Əgər onlar da tamamlansaydı, yaşasaydı. "Musiqi dünyası" jurnalı, №1, 1999;
- Ü.Hacıbəyov və erməni sənətçilərinin mədəni təcavüzü. "Musiqi dünyası", №3-4, 2000;
- Belə bir məktəb var. "Musiqi dünyası", №1-2, 2001.
- Respublika elmi konfranslarında mə'ruzə və çıxışlar (1990 - 2001).
- Dövri mətbuatda məqalələr (1990 - 2001).