Tülü
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
بومقاله هله لیک قارالاما حالیندادیر، مقاله نی تکمیل اتمه ایله ویکیپدیا نی زنگینلشدیرین
Tülü kəndi Balakən rayonunun Katexdən sonra ikinci ən böyük kəndidir. Əhalisi 8000 nəfərdən çoxdur. Balakən şəhəri ilə bitişikdir. Bir-neçə min il yaşa malik olan bu qədim kənd öz adını qədim Dulu türk tayfalarından götürmüşdür. Kənddə bir sıra qədim, lakin hələ də yetərincə öyrənilməmiş tarixi abidələr, o cümlədəm Nur Kilsə, qədim ay məbədləri olduğu güman olunan abidələr yerləşir. Əhalisinin 95%-i Azərbaycan türkləridir. Ərazisində bir 11 illik, bir 9 illik orta məktəb, bir uşaq bağçası, bir ambulatoriya fəaliyyət göstərir. Hazırda DOSAAF-ın nəzdində olan və istifadəsiz qalan Balakən aeroportu da bu kənddə yerləşir. Balakənin yerli musiqi aləti sayılan, Dədə Qorqudun qopuzunun eyni olan Damburın (Dambır,Tənbur) ən mahir ifaçıları bu kənddədir. Ümumiyyətlə Tülü və ona bitişik olan Talalar kəndlərində dambur çox sevilir. Tülü bələdiyyəsi Tülü, Mazımqarışan, Mazımüstü kəndlərini əhatə edir.