Urmiyə gölü
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Urmiyə gölü - İranda Qərbi Azərbaycan ostanında göl. İranın daxilində yerləşən ən böyük göldür. Səthinin sahəsi 5,200 km²-dir. Maksimum həddi şimaldan cənuba 140, şərqdən qərbə 55 kilmoterdir. Ən dərin nöqtəsi 16 metrdir. Göldə 100-dən çox ada var. Bunlardan ən böyüklərindən birində Çingiz xanın nəvəsi Hülagü xanın qəbri yerləşir.