Urmiya
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Urmiya (Urmu), İranda Qərbi Azərbaycan əyalətinin mərkəz şəhəridir və Urmiya gölünün qərb tərəfində yerləşir. 2005-ci ildə əhalisinin sayı 602,403 nəfər olub.
İranin Pəhləvi sulaləsi dövründə şəhərin adi Rizaıyyəyə (رضائیه) çevrildi, İslam İnqilabından sonra yenə öz əsil adina döndərildi.
Mündəricat |
[redaktə / تحریر] Əhali
Əhalinin çoxu Azərbaycan Türkləri olaraq, bir neçə məhəlləsində, Kürdlər də sakindilər. Az tedadilə Yəhudi, Erməni və Asori nufusu da var.
[redaktə / تحریر] İdari Bölümləri
Urmiyanin beş bölum ya "Nahiyə"si var:
- Markaz : Baranduzçay, Şimali Baranduzçay , Cənubi Baranduzçay , Başqələ, Bakşluçay , Türkmən, Dol, Rozeçay, Cənubi Nazlıçay , mərkəzi Urmiya dir.
- Anzəl: Cənubi Anzəl ,Şimali Anzəl , və mərkəzi Quşçu
- Silvana: Tergavər, Margəvər, Dəşt, mərkəzi Silvana dır.
- Somay Brados: Somay Cənubi, Somay şimali, Bradost, mərkəzi Serodır.
- Nazlı: Talatəpə, Nazlıçay, Şimali Nazlıçay , mərkəzi Nuşin dir.
[redaktə / تحریر] Tarix
1944-1945 illərində Urmiya əhalisinin İranda Muxtar Azərbaycan qurmaq uğrunda böyuk rolları olub. Məmməd Əmin Azadvətən (1905-1974) Demokrat Firqəsinin məşhur üzvi bu şəhərin Nazlıçay məhəlləsində anadan olub.