Soyuq müharibə
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
II Dünya Müharibəsindən sonra dünya Faşizmdən "xilas oldu". Dünyada iki bir-birinə əks olan ictimai quruluş-sosializm və kapitalizm qaldı.
II Dünya Müharibəsindən sonra kapitalist ölkələr yeni yaranmış quruluşu hər vəchlə yox etmək istəyirdilər. SSRİ isə əksinə olaraq sosializmi dünyaya yaymaq niyyətində idi. Məhz tərəflərin bu istəklərin onlar arasında Soyuq müharibənin başlanmasına səbəb oldu.
Soyuq müharibəyə ilk çağırışı U.Çörçill 1946-cı ildə ABŞ-da çıxışı zamanı etmişdir. ABŞ-da öz növbəsində "Marşal planı" və "Trumen doktorinası"nı qəbul etdi. ABŞ-ın bu addımı Soyuq müharibənin başlanması üçün real addım oldu.
Hər iki qütb tezliklə öz hərbi təşkilatını yaratdı. Kapitalist ölkələr başda ABŞ olmaqla NATO, Sosialist ölkələr SSRİ başda olmaqla Varşava Müqaviləsi Təşkilatını.
"Marşal Planı" və "Trumen doktrinası"na cavab olaraq SSRİ sosialist düşərgəsində Qarşılıqlı İqtisadi Yardım Şurası yaratdı.
Soyuq müharibə ABŞ və SSRİ-nin II Dünya Müharibəsi zamanı işğaldan azad etdikləri ərazilərdə ərazi bölümünə səbəb oldu. Almaniyanın ərazisində ADR (SSRİ) və AFR (ABŞ), Koreya ərazisində Koreya Respublikası (ABŞ) və KXDR (SSRİ) yaradıldı.
SSRİ və ABŞ Soyuq müharibə dövründə Hindistan-Pakistan (Kəşmir məsələsi), Ərəb-İsrail (Fələstin məsələsi), Vyetnam, Əfqanıstan müharibləri, Berlin, Karib, Kipr böhranı zamanı dövlətlər arası münasibətlər gərginləşmişdir.
Bunlara baxmayaraq Beynəlxalq münasibətlərdə yumuşalma müşhaidə olunmuşdur. 1959-cu ildə İlk dəfə Sovet rəhbəri- N.S.Xruşşov ABŞ-a səfər etmişdir. 1963-cü ildə SSRİ, ABŞ və İngiltərə nüvə silahının sınağını atmosferdə, suda və kosmik fəzada aparılmaması haqqında müqavilə imzaladılar. 1968, 1971, 1972-ci illərdə nüvə silahını yaymamaq haqqında müqavilə imzalandı.
ABŞ və SSRİ-nin "silahlanma yarışı" Sovet iqtisadiyyatını çökürtdü və SSRİ parçalandı - Soyuq müharibə sona yetdi. Tezliklə Sosialist düşərgəsinin üzvlərinin bir-neçəsi NATO-ya daxil oldu, Qarşılıqlı İqtisadi Yardım Şurası öz fəaliyyətini dayandırdı.